Ali Ashikar Neler Aldı Seni Mp3 indir

Ali Ashikar Qal (2020)
Sanatçı Ali Ashikar
Albüm Qal (2020)
Şarkı Neler Aldı Seni
Hit 228 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 3.98 MB
Tarih 1 Şubat 2020 , Cumartesi günü eklendi.
Puan
10 üzerinden 9 puan. 8 kişi puan verdi.
Neler Aldı Seni Yorumları.
Neler Aldı Seni indir ve şarkı sözü.

Ali Ashikar - Neler Aldı Seni Sözleri

Nə köhnə biz qalıb artıq, nə kölgə iz salır üzdə,
Nə körpə bir baxışın yadıma düşür, nədə ki o gözlər,
Nə incə əllərin isidir, nə yazın yazıma bir izdir,
Nə həmin küçədəyəm indi, nə yolun döngəsi bizdik.

Nə gedən gəlmədi heç, nə də biz gözləmdik,
Nə gedən gəlməy istədi, nə də biz gəlmə dedik,
Nə qədir bilən olduq, nə bilməy istəmədik,
Nə qədər düzünü yazdı, nə də biz düzdü dedik.

Nə gözəl üzdü dedik söz gölündə öz gəmimiz,
Nə özəl günlər idi sən və təmiz xatirəmiz,
Nə sətirlər düzüldü keçib içərdə qəlbə səlis,
Nə liman gözümə dəyir nə dəniz eyni dəniz.

Nə əlin duzudu indi, nə evin ocağı yanır,
Nə evin bərəkəti var, nə evin çörəyi qalıb,
Nə xeyrin gecəsidi bu, nə şərin gündüzü nur,
Nə ərin salamını alır, yar nə yarın sağolu qalıb.

Nə ətirli zərflər qoxur onun tək əlləri tək,
Nə əllərin öyrəşər başqa bir ələ mənim əlim tək,
Nə qədər yazsa yazarlar yaza bilməz məni tək,
Nə yalanlar danışdığ bir birimizə ölkəmiz tək.

Nə çayın dadı qalıb indi, nə şüşəyə dəyən yağışın,
Nə fəsillər dəyişdi, nə də o son baxışın,
Nə otağ sən qoxur indi, nə də yeri doldu balışın,
Nə ağlasam olmur indi, nə gülməy mənə yaraşır.

Nə sənnən olmadıq, biz nədə sənnən olmadı,
Nə xeyirlisi oldun, nə də sənnən olmadı,
Nə desəm olmadı heç, nə dedin olmadı ki,
Nə özünə yaxşı bax dedin, nə də mən baxammadım.

Nə sən başımda durdun, nə də mən xəstələndim,
Nə biz bir araya gəldik, nə də güllər dəstələndi,
Nə ömürlük mənə qaldı imzanda dəsti xəttin,
Nə deyim, kimə sənnən danışım?! Bu da qara bəxtim.

Chorus:
Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
Nə getdin gedən kimi,
Nədə qalmadın,
Niyə qalmadın axı?