Aslixan feat İntiha, Noton, Sura İskenderli-Bu Gün Mp3 indir

Aslixan Solar (2020)
Sanatçı Aslixan
Albüm Solar (2020)
Şarkı feat İntiha, Noton, Sura İskenderli-Bu Gün
Hit 96 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 4.08 MB
Tarih 16 Mart 2020 , Pazartesi günü eklendi.
Puan
10 üzerinden 10 puan. 3 kişi puan verdi.
feat İntiha, Noton, Sura İskenderli-Bu Gün Yorumları.
feat İntiha, Noton, Sura İskenderli-Bu Gün indir ve şarkı sözü.

Sanki arzular göyqurşağı,
Getdikcə o, uzağlaşır.
Çatmalı əlimiz, niyə belə oldu?
Sevinərdik də uzaq başı.
Gedənlərdə ki, izin qoyur ölüm
Yaxşını götürüb pisin qoyur.
Sizlərə yumruq vuran həyat,
Mənim ağzımın üstdə dizin qoyur.
Mən sirkdə ki, bir aslan.
Var önümdə alovlu böyük çəmbər.
Postda qoyduğum böyrəklərə də,
Görüşə bilmədim Göyçəmnən.
Elə ona görə qəlbim yaralıdı ki,
Biz torpağa yaramadıq.
Uşaq ikən anamız düz deyirmiş.
Həqiqətən də biz yaramazıq.
Dalında dağ kimi durmuşam deyən,
Dağların çıxıbdı dalları boş.
Ən böyük zərbəni də cəmiət vururdu.
Avara, narkaman adları qoyub.
Sən get, İQ-dən götür açar.
Sonra gəl, korların gözün açaq.
Bunu deyın kəs, mənə verib həvəs.
Bizə qal deyirdi ama özü qaçan.
3 meymun ölkəmdədi, tək düzləri sanki biz görürük.
Yalan oğramışdı paltarını
Deyə çılpaq həqiqət pis görünür.
Görəsən nəyə görə anlamadınız bizi.
Rap, üsyan daxilən.
Yəni biz siz üçün döyüşürdük.
Bax, davam edir mənim müharibəm.

NƏQARƏT

BİRAZDA MÖHKƏM DAYAN BİRAZDA
BAX HƏLƏDƏ AYAQDAYIQ
TAB GƏTİRƏCƏK BİZİM QAYIQ
XƏZƏRİN DALĞALARINA(2)

İNTİHA VERSE

Ayırın bizi bu yollardan.
Arzumuz geniş yollar dar.
İnkar etmə gəl yanındakını,
Boynunda yanlış qollar var.
Az deyildi axı yanlışlarınız.
Düz danışdıq qarğışladınız.
Susduqca qaçdıq sizdən,
Az gəlmişdi də alqışlarınız.

Başlamadan daha sonu qurduq.
"Game Over", bu son uğurdu.
İntaharımız şərəfli idi,
Elə şəhidlər kimi unudulduq.

Çünkü, taleh hərkəsə bir olmur.
Bax, mən kimilərdə də kin olmur.
Anamın hələ də inancı var.
Ama kim istəmişdi
O, kim oldum.

Dedilər böyüdün dur işlə.
Heç qazana bilmirik bu işdən.
Biz kimi puç olan nə qədər uşaq var
Ölkədə bahadır pul işdən.
Başa düşürəm yadı bəlkə.
Evimdə acam bax yadam bəlkəm.
Hansı qızın qəlbini süpürüm axı,
Anam məktəbdə xadimə ikən.
Yığılmışıq day son verin buna.
Bəsdi bu tv-də toy verdiz.
Qanı yerdə qalan şəhidim var mənim.
Yetər də alçağa boy verdiz.
Çoxunun bilmirəm ağlı kəsirmi ki,
Rap. Çoxu zaman ağrı kəsir.
Siz yeridin dırmıxları,
Biz qulağlarındayıq ağlı kəsin.

NƏQARƏT


BİRAZDA MÖHKƏM DAYAN BİRAZDA
BAX HƏLƏDƏ AYAQDAYIQ
TAB GƏTİRƏCƏK BİZİM QAYIQ
XƏZƏRİN DALĞALARINA(2)

NOTON VERSE

Arsız deyilik, üz almarıq.
Bizlər bu adla ucalmarıq.
Alınırsa pul ilə fəxri adlar,
Eybi yox, buna görə pis olmarıq.
Başımızı qatıb bizim dini böldülər.
Bir birimizə bizi düşmən etdilər.
Soruşun deyim ki,
Nə sünni, nə şiə, Əlhəmdulillah müsəlmanıq.

Hüseynlər və də Cavidlər,
Onlardan qalan parçalarıq biz.
Düşmən edərdik özümüzdən birini,
Canavara dönüb onu parçalarıq biz.
Eybi yoxdu,
Yazılarımıza görə tənqid olunub, hələ alçalıq biz.
Efirdə toylar kralınl seçib, qeyd eliyib ona əl çalarıq biz.

Problemlərimizi efirdə deyil də,
Ailə içində onu həll eliyərdik.
İtgin, köçgün, torpaq, şəhid.
Bu qədər ağır yükə tab gətirmərəm.
Qan qusur, ana vətənim.
Azərbaycanı parçalıyıblar.
Xoşqədəm xanım, neçə can itirdik.
Bacarsan Qarabağı tap gətir mənə.

Arzum,
Şuşada, Laçında qılınc oynatmaq ata minib.
Bu xalq, bu ölkəni özünə artıq 100 ildən çoxur ki, ata bilir.
Daş bağlamış neçə qəlbi yandırıb körpüdən aşağı ata bildik.
30 ildən çoxdu, ölkəm öz övladına üz döndərib yata bilir.

NƏQARƏT

BİRAZDA MÖHKƏM DAYAN BİRAZDA
BAX HƏLƏDƏ AYAQDAYIQ
TAB GƏTİRƏCƏK BİZİM QAYIQ
XƏZƏRİN DALĞALARINA(2)