Elvin Nasir Yar Olmaz Mp3 indir

Elvin Nasir Geceler (2021)
Sanatçı Elvin Nasir
Albüm Geceler (2021)
Şarkı Yar Olmaz
Hit 138 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 3.51 MB
Tarih 9 Şubat 2021 , Salı günü eklendi.
Puan
10 üzerinden 8 puan. 5 kişi puan verdi.
Yar Olmaz Yorumları.
Yar Olmaz indir ve şarkı sözü.

Yazıram şamu səhər hey qələmim susmur ki
Bu gələn yarmı görən,bu gələn yarmı görən
Bu qədər dərd ilə əfqan elədim gəlmədi o
Mənsiz getdiyi yerlərdə bəxtiyarmı görən?

Bir tək mənəmmi eşq əzabında yanmış olan
Ya başqa aşiqlərçün bu dünya darmı görən?
Bəlkə də sevgimi bir qar topunda gizlədibdir
Bu bəyaz qarmı görən,bu gələn yarmı görən?

Canıma od salıb eşqin nə cəfadır çəkirəm?
Oxuyub şeirlərimi bilmiş ahu zarmı görən?
Heç olmasa xəbər et küləklərlə yağışlarla
Ümidim varmı görən,bu gələn yarmı görən?

Dedilər çox uzağda səsi gəlmişdir yarın
Mən niyə eşitmədim qulağım karmı görən
Onu məndən ayıran fələkmidir,həyatmıdır
Ya da əğyarmı görən,bu gələn yarmı görən?

Dəyirsə simlərə mizrab qəribə fəryad olur
Sızıldayan sözümmüdür yoxsa ki tarmı görən
Sevgimin ağaclarında olmayıbdır meyvələr
Bu ilk nübarmı görən,bu gələn yarmı görən?

Mən öl söyləsə ölləm düşünmədən bir an
Eşqinə kəniz mənəm,o cahandarmı görən?
Qəlbimə ox dəyibdir sağalmayan bir yaram var
O kamandarmı görən,bu gələn yarmı görən

Bəlkə də aşikar etmək gerək deyil eşqi
Həqiqi sevgi ürəklərdəki əsrarmı görən?
Bir dəfə gəlib sonradan mən üzün görməmişəm?
Bu da təkrarmı görən,bu gələn yarmı görən?

Vəfadan uzaq düşübdür ki qəlbi xar olmaz
Bu gələn yar olmaz,bu gələn yar olmaz
Bəlkə də heç bir vaxt yarım olmayıbdır mənim
Belə idbar olmaz,bu gələn yar olmaz