İfrat Ağlaram Mp3 indir

İfrat Qelbin Sesi (2018)
Sanatçı İfrat
Albüm Qelbin Sesi (2018)
Şarkı Ağlaram
Hit 692 indirme
Haftalık Hit 3 Haftalık indirme.
Boyut 4.06 MB
Tarih 14 Temmuz 2018 , Cumartesi günü eklendi.
Puan
10 üzerinden 8 puan. 13 kişi puan verdi.
Ağlaram Yorumları.
Ağlaram indir ve şarkı sözü.

Gecələr susa dodağım, gözlərimin səsi artar,
Elə bil mən ağladıqca, saatın dəqiqəsi artar.
Sənə ağlamağı da sevərəm, ürəyin nəğməsi artar.
Ağlaram, ağlaram,
Yumaram gözlərimi zümzümələrlə soraqlaşaram,
Ağlaram.
Ağlaram ağlaram,
Gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
Ağlaram.
Sən gedən gündən həyatım, həyatıma qalmayıb maraq,
Ürəyin kirayə mənzil, ora bir özgədir qonaq,
Beşikdir yoxluğun mənə, mən isə ağlağan uşaq.
Ağlaram, ağlaram,
Ötdükcə fəsillər, aylar, mən əksinə uşaqlaşaram,
Ağlaram.
Ağlaram ağlaram,
Gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
Ağlaram.
Ağlaram.
Bir şəhərdə yaşamağımız məni məhbus edib evdə,
Düşünürəm sən də gəzərsən mən gəzən yerləri bəlkə
Qoynunda körpə yanında yerimin sahibi özgə.
Ağlaram, ağlaram,
Qorxuram səninlə ömrüm həmin anda qabaqlaşaram,
Ağlaram.
Ağlaram ağlaram,
Gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
Ağlaram.
Sənə zəng eyləmirəmsə istərəm səbəbin biləsən,
Deyirəm sənə zəng etsəm və soruşsam ki “-Necəsən?”
Qorxuram mənə cavabında elə xoşbəxtəm deyəsən.
Ağlaram, ağlaram,
Sənə bildirmərəm ancaq telefondan uzaqlaşaram,
Ağlaram.
Ağlaram ağlaram,
Gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
Ağlaram