Okaber Spaethe Mp3 indir

Okaber Mozalan (2020)
Sanatçı Okaber
Albüm Mozalan (2020)
Şarkı Spaethe
Hit 53 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 2.91 MB
Tarih 15 Ağustos 2020 , Cumartesi günü eklendi.
Puan
10 üzerinden 10 puan. 1 kişi puan verdi.
Spaethe Yorumları.
Spaethe indir ve şarkı sözü.

Bu drama qanla qumdu. "Spaethe"ə sonuncu sonata son məktubumdu. Tərk edilmiş, atılmış evlərdə qalmaq, Sanki tanımırdı sənsizlik od zəbundu. Ən ağır mənzərədi ölən müridlər, Partdıyan mədrəsədi. Zəkat xüms oğurlanan sədəqədi. Sənsizlik pərt olmaq və məsxərədi. Ölmə deyən olmur, qapını döy gələndə Günəş Ay kimi görünür yerə göy gələndə Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir. Sənsizlik yıxılmaqdı göydələndən Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki Ağlın çaşsın tərənnümdən. Pozdum sən gedən gündən gəlişini, Yazırdım sən gələn gündən bu günə kimiydi axı sənsizlik. İnsan olmaqdı günahda boğulmaqçün Mələk olmaqdı sirləri gizlətməkçün Şeytan olmaqdı cənnətdən qovulmaqçün Şair olmaqdı dünyanı sənə bənzətməkçün. Doğrularla yanlışlarla məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan. Məni bağışlama, Mən bağışlamadım özümü, sən də bağışlama. Göz yaşın yağışlardı, Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan