BadClause Qefes (feat Şahin Elizade) Mp3 indir

BadClause Şeher ve Şer (2021)
Sanatçı BadClause
Albüm Şeher ve Şer (2021)
Şarkı Qefes (feat Şahin Elizade)
Hit 44 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 3.33 MB
Tarih 24 Mart 2021 , Çarşamba günü eklendi.
Puan
10 üzerinden 1 puan. 2 kişi puan verdi.
Qefes (feat Şahin Elizade) Yorumları.
Qefes (feat Şahin Elizade) indir ve şarkı sözü.

Bir neçə cümlə bəsdir ki qayıdaq əvvələ
Bir neçə uğur bəs eləyər ki, inana bilim dinlərə
Bir neçə damcı bəsdir, başa düşüm ki, suya necə həsrətəm
Bəsdir bircə göyərçin, hansı ki ölüb qəfəsdə
Azadlığı sevmək üçün həm də olmadan gücün
Bəzən yaşamağa ehtiyac qalmır ölmək üçün
Bəzən gözlərin bəs eləmir yolu görmək üçün
Bəzən bəs eləmir ayaqların geriyə dönmək üçün
Nələrdən keçdik, nələr itirdik, gör nə üçün...
Dostların da taqəti qalmayıb çörəyi bölmək üçün
Bəzən bir öpüş belə bəs eləmir heç şahzadələrə
Bəzən yozuram yaşanılmışları əfsanələrə
Məncə ovuclar bəs eləmir çatmaq üçün Allaha
Birinci ölən hisslər olur, ümid sağ qalan
Nə var, nə dövlət olmadan, sevmək könlü yormadan
Həyatın dadın çıxartmaq, həm də heç xoş gün olmadan
Bildiyim bütün sözləri yığmaq bir cümləyə
Bütün ulduzları saymaq gün çıxmadan öncə
Yaşanılan hər bir anım tarix oldu bir diləklə
Bildiyim bütün duaları oxumaq ölmədən öncə
Bir neçə addıma sığınıb keçə bilmək dənizləri
Toxuna bilmir daha ruhuma onun incə əlləri
Yanağıma düşən damcılar günahlarımı təmizləmir
Çətinləşdirir həyatı onu yaxından görmək istəyi
Gizləmək bütün yalanları, həqiqətlər şəhərində
Öz içində tanrı tapa bilmək, təriqət qəfəsində
Ürəkdə səs-küy dolu pıçıltılar, gözlər yorğun
Ölümün gəlişini izləmək həyat pəncərəsindən
Dedilər- "meyvə, ağac, hurilərdən ibarətdir cənnət"
Kimisə yerli dibli unutmaq özü cinayətdir bəzən
Möcüzələr göstərirdi tanrı yağış küləklə
Yenidən sevə bilmək kifayətdir məncə...
(Şahin Əlizadə)
Aç gözlərini
İki yol var, seç birin
Dərin duyğularla
Bataqlıqları çox dərin
Hərdən yaz hisslərini
Sənə də qucaq açar mələklər
Əgər yalansa dünya
Bax üzərində ayaq izlərin x2