BadClause Resm (feat Hasan Badalbayli) Mp3 indir

BadClause Şeher ve Şer (2021)
Sanatçı BadClause
Albüm Şeher ve Şer (2021)
Şarkı Resm (feat Hasan Badalbayli)
Hit 31 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 3.20 MB
Tarih 24 Mart 2021 , Çarşamba günü eklendi.
Puan
10 üzerinden 0 puan. 0 kişi puan verdi.
Resm (feat Hasan Badalbayli) Yorumları.
Resm (feat Hasan Badalbayli) indir ve şarkı sözü.

Ləçəklərini qopardığım güllər, tikanlarla acığını çıxır indi,
Əlimdə qələm, vərəqlər və hisslər onun çıxıb getməyin istəmirdi.
Məni mən olaraq sevən var idi, mənim dostlarım var idi, bir idik,
Ayaq izləri gözdən itən gözəlsə, orda-burda məni axtarır indi.
Nədənsə tərk edib gedən kəslərdən xatirə tək rəsmlər qalıb,
Lal-dinməz dalğalar idi bəlkə də limandakı həsrətin dərmanı.
Əsirgədiyin hisslərlə ölür bədahətim, itirir hər sətir mənanı,
Mənə görə ağlayan anda gözündən öpməyim idi ən qəliz məqamım.
Axı, bu qədər tez ayrılığa hazır deyildim mən, hisslərim yaralı,
Nəzm ilə, nəsr ilə təsvir edirdim sevgimi, sən gizlədin hər halın.
Ləzzəti qalmayıb daha sevib-sevilməyin belə, ömürdən gün gedir,
Ən dar anda, darıxanda, bağırda qalan ağrılar könüldən gec keçir.
Marağında qaldı o köhnә hisslәr, zamanım daraldı,
Axı bir tәrәfdә gün çıxır-batır, keçir günüm, qalanım qaranlıq.
Narahatmı qaldın mәndәn gün, aylar, hәftәlәrlә sәs çıxmayanda?!
Lazım oldu-olmadı yanında qalıram, sonra yaddan çıxıram bir yandan.
Əslində әlvidaları öldürür, hәr günün ertәsi qorxudur mәni,
Mənəvi dəyərlərimi məhv edir hər eşq okeanında boğduğum gəmi.
Axtarmır məni, yerimi bilmir, maraqlanmır, oxumur heç şeirləri,
Nazlı dilbərin qəmzələrinə qəzəblənirdim, əzib zir-zibilləri.

Nəqarət (Həsən Bədəlbəyli)
Nə qədər soyuq yanaq isitmişəm görən sırf sən deyə?
Əllərimə sahiblənən o yad əlləri batırmışam qəmə.
Bir dəfə də hüzn sol yanıma yad gələ, ah sən mənə
Gör, necə döngələr qoymusan ki, hələ də çata bilmirəm sənə.

Bənd 2
Lazım deyildi nə mərhəmətin, nə insafın, nə də ki, vicdanın mənə,
Əlini qolumdan ayırdığın gündən incə cümlələrim iz salır yerə.
Məndən gedişin səni xoşbəxt etsə də, yadda qalan pis qalır yenə,
Adını şərəf dediyin şey qürurudur, tanıdığım ən pis insanın belə.
Nümunə olmayacaq bu sevgi, nə də tarixə düşməyəcək sətirlərim,
Layiq olsam əgər ən ağır dərdə, yarım üzülməyəcək mənimlə bir.
Əzabın çəksə tək keçən ömrün, yenə bilə bilməz qədrin illərin,
Mahnılarımda yaşatdığım o qızın dodağı “get” dedi, amma qəlbi dinmədi.
Ağladıqca isladır soyuq yastığı, gözlərindən axan damcılar,
Nə dadı, nə duzu qaldı sevginin, zülmətə qarışıb daha yanmayan çıraq.
Leysan yağır yanaqlarının üstünə, xatırladır qəmli vaxtları,
Əza saxlayır, o qara libasını geyinib, yad ocağında cənnət axtarır.
Məndən ayrı düşər hər addımında sevgi, hisslərimlə tərk edilsəm,
Ardına baxmadan gedər gedənlər, əgər məsafəni dərd edirsə.
Nə olursa olsun, əsla tək qoyma, buraxma qollarına onu kiminsə,
Bir insanın səndən getməyi çox normaldır, gəldiyi yolu bilirsə.

Nəqarət (Həsən Bədəlbəyli)
Nə qədər soyuq yanaq isitmişəm görən sırf sən deyə?
Əllərimə sahiblənən o yad əlləri batırmışam qəmə.
Bir dəfə də hüzn sol yanıma yad gələ, ah sən mənə
Gör, necə döngələr qoymusan ki, hələ də çata bilmirəm sənə.