BadClause Şeher ve Şer (feat Şahin Elizade) Mp3 indir

BadClause Şeher ve Şer (2021)
Sanatçı BadClause
Albüm Şeher ve Şer (2021)
Şarkı Şeher ve Şer (feat Şahin Elizade)
Hit 43 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 3.68 MB
Tarih 24 Mart 2021 , Çarşamba günü eklendi.
Puan
10 üzerinden 0 puan. 0 kişi puan verdi.
Şeher ve Şer (feat Şahin Elizade) Yorumları.
Şeher ve Şer (feat Şahin Elizade) indir ve şarkı sözü.

BadClause:
Həmişə arzum olub ki,gördüyüm işlərdə özümü doğruldum,
Atam boş yerə vaxt sərf elədiyimi düşünüb,əziyyətimə heyifsilənməsin.
Həmişə yaxşı biri olmağa çalışmışam ki,dostlarımdan geri qalmayım.
Yanlarında üzü ağ olum,səhv eləsəm belə,heç biri hirslənməsin.
Həmişə arzum olub ki,kiməsə dəyərli olduğunu hiss elətdirim.
Ona görə münasibətlərdə daha çox sevən tərəf olmağı üstün tutmuşam.
Həmişə arzum olub ki,yanımda bəzənən mənim üçün bəzənsin.
Amma indiyə kimi bəzənənlər çıxıb gedib,
Mən isə tək güzgünü tutmuşam
Həmişə arzum olub ki,Atam kimi Ata olum
Anamtək ədəb-ərkanlı bir xanım olsun yanımda ki,
Övladımın tərbiyəsinə şübhəm olmasın.
Heç vaxt artığını diləməmişəm
Heç olmasa evə gələndə çörək almağa bəs edəcək qədər pulum olsun ki,kefimiz aclıqdan pozulmasın.
Həmişə arzum olub ki,nəyimi itirsəm də,vaxtı itirməyim.
Vaxt dəyərlidi,vaxt əvəzolunmazdı.
Ömür xəzinəsi artır saniyələrlə.
Həmişə arzum olub ki,kimisə nöqtə qoyası həddə gətirməyim.
Bir üzrlük yolumuz qalsın,lap bağlasalar belə, önümüzü maneələrlə.
Həmişə arzum olub ki,hədəflərimə doğru irəliləyim,
O yolda səhvlərim olacağsa belə,özüm dərs çıxarım bunu mənə heç kəs demədən.
Həmişə arzum olub ki,nəsiyə qazanmağa imkanım olmasa da,əlimdəkiləri qoruyub saxlayası ağlım olsun,
Bu qədəri bəsdi mənə.

Şahin ft BadClause:
Arzular,arzular daşa dönür bu şəhərdə.
Ümidlər ölmüş,bəzəkli örtülər.

İnsanlar soyuq,küçələrsə,buz səhərlər.
İntihar görən eyvan və körpülər.

Qayğılar,qayğılar daşa dönür bu şəhərdə.
Simalar yadlaşır gündən-günə.

İnsanlar soyuq küçələrsə,buz səhərlər
Ocaq sönür,dönür közə hər günah.

BadClause:
Həmişə arzum olub ki,qarşımdakı bədbinliyi mənimsəməsin.
Bəsit hislər bizi pis edə bilər,
Axı paxıllıq etməsin və kin bəsləməsin.
Varsa da,hərə dağıtsın öz tələsini,
Bir-birlərini gülüşlə sövdələsin.
Dilimiz susacaqsa da belə,qoy soyuq baxışlarımızı min söz bələsin
Həmişə arzum olub ki,vida məktubunu sığa bilməyəcək qədər böyük bir məhəbbətə aid olum və qələmin belə gücü çatmasın onu yazmağa.
Həmişə arzum olub ki,tək arzuda yox,əməldə də tapsın öz əksini dilədiyim bu sehrli duyğular,
Haqqımız olmasın heç bunu danmağa.
Bulud ağlamaz,gözüm yağdırarsa,yağmuru quru damlara.
Ömür-günümü həsr edirdim,
Utanmadan məni xatırlamağı unudanlara.
Sevgilim ayrılıb və ağlı gedir hələ də başımın boş olduğu vaxtlara.
Könlün alacağıma inanıram yolu darmacalı olsa da,ömrün sonu varmadan.
Boş sevgilərlə dolu yarmada,
Onun da səhvləri olub hardasa,
Kaş nifrətini boğub saxlasa və daxilində qüruru oyanmasa.
Sinə qəfəsimsə,yolundan da dar,
Əgər görünməsə,qış sonunda bahar.
Axı bir vaxt deyirdin "Hara getsən,yanındayam tut qolumdan apar."

Şahin ft BadClause:
Arzular,arzular daşa dönür bu şəhərdə.
Ümidlər ölmüş,bəzəkli örtülər.

İnsanlar soyuq,küçələrsə buz səhərlər.
İntihar görən eyvan və körpülər.

Qayğılar,qayğılar daşa dönür bu şəhərdə.
Simalar yadlaşır gündən-günə.

İnsanlar soyuq,küçələrsə,buz səhərlər
Ocaq sönür,dönür közlə hər günah..